https://news.day.az/azerinews/745385.html Gürcüstanda "donuz qripi"nə yoluxduğu ehtimal olunan daha bir nəfər ölüb

Gürcüstanda "donuz qripi"nə yoluxduğu ehtimal olunan daha bir nəfər ölüb

Azərbaycanca, 4 февраля 2016 08:18 (UTC +04:00) 1 051
Gürcüstanda "donuz qripi"nə yoluxduğu ehtimal olunan daha bir nəfər ölüb

Day.Az представляет новость на азербайджанском языке

Gürcüstanda H1N1 virusuna ("donuz qripi") yoluxduğu ehtimal olunan daha bir nəfər dünyasını dəyişib.

Day.Az APA-ya istinadən xəbər verir ki, Acarıstanda "donuz qripi"nə yoluxduğu ehtimal olunan, eyni zamanda sətəlcəm xəstəliyindən gənc qadın ölüb.
 
Bu barədə Acarıstan İctimai Səhiyyə Mərkəzindən bildirilib. Məlumata görə, qadından laboratoriya  nümunəsi alınıb və bir neçə gün ərzində onun ölümünün  H1N1 virus infeksiyası ilə bağlı olub-olmadığı bilinəcək.
 
Məlumatda qeyd olunub ki, Acarıstan ərazisində laboratoriyanın təsdiq etdiyi  31 nəfərdə H1N1 virusuna yoluxma halı qeydiyyata alınıb, hazırda 9 xəstə xəstəxanada müalicəsini davam etdirir.
 
Qeyd edək ki, indiyədək Gürcüstanda H1N1 virusundan 8 nəfər dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости