https://news.day.az/azerinews/774802.html Azərbaycan ordusunun itki verməsi xəbərinə - RƏSMİ REAKSİYA

Azərbaycan ordusunun itki verməsi xəbərinə - RƏSMİ REAKSİYA

Azərbaycanca, 27 апреля 2016 12:35 (UTC +04:00) 2 895
Azərbaycan ordusunun itki verməsi xəbərinə

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audio yazıya münasibət bildirib.

Day.Az bildirir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında deyib ki, ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı saxtadır: "Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmən tərəfinin yaydığı məlumatlar kökündən yalandır".
 
V. Dərgahlı hazırda cəbhə xəttində vəziyyətin stabil olduğunu bildirib: "Hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir".
 
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin guya itki verməsi barədə telefon danışıqlarından ibarət səs yazısı yayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости