Məşhur cütlük yenidən bir arada - boşanmayacaqlar

Day.Az представляет новость на азербайджанском языке

Aktyor Ben Afflek və aktrisa Cennifer Qarner boşanma qərarlarını dəyişiblər.

Axşam.az-ın məlumatına görə, Qərb mediası cütlüyün yenidən bir arada olduğunu və boşanmayacaqlarını yazıb. İki il əvvəl 10 illik münasibətlərini bitirdiklərini deyən cütlük ondan sonra birlikdə vaxt keçirsələr də, bunun uşaqlar üçün olduğunu deyirdilər.

Hətta bir müddət əvvəl Cennifer məhkəməyə boşanma sənədlərini də təqdim etmişdi. Lakin yaxınlarının bildirdiyinə görə, sənədlər imzalanmamış qalıb və Qarner sənədləri geri götürüb. 

Üç uşağı böyüdən cütlük çətin günlərin geridə qalacağına və ailənin bu sınaqdan çıxa bilcəyinə inanır. B.Afflek də keçmiş nişanlısı, müğənni Cennifer Lopezlə yenidən yaxınlaşması haqqında xəbərləri təkzib edib.

Bir neçə gün əvvəl isə ailə kiçik oğullarının ad günü üçün bir araya gəliblər. Qonaqlıqda Benin yaxın dostu və həmkarı Mett Deymon da daxil olmaqla sadəcə ən yaxınları iştirak edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.