Elnarə Abdullayeva həyat yoldaşının ünvanına təriflər yağdırdı - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşının ünvanına təriflər yağdırıb. Day.Az-ın məlumatına görə, "APA TV"-nin "Show time" verilişinə qonaq olan xanəndə bildirib ki, həyat yoldaşı ona dəstəkdir: "Yoldaşım mənim ağlıma bələtdir. Məsləhətli iş görən adamam. Mən sevib ailə quramamışam. Həyatımda romantika da olmayıb. Həyat yoldaşım gil elçi gələndə dedim ki, Allah rizası üçün kiməsə ərə getməliyəm də. İndiyə qədər də heç bir oğlan deyə bilməz ki, yanından keçib sənə söz atmışıq. Bu heç vaxt mümkün deyil. Gündə bir oğlanla gəzsəydim, allah belə həyat yoldaşımı qabağıma çıxarmazdı. Dünyanın milyardını qarşıma düzsələr, həyat yoldaşımın çölə atılan dırnağına dəyişmərəm".
Onu da əlavə edək ki, Elxan adlı bəylə ailə quran E.Abdullayevanın həmin evlilikdən bir qızı və bir oğlu var.
Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре