https://news.day.az/azerinews/940739.html Yevlaxda iki nəfər ağır xəsarət alıb

Yevlaxda iki nəfər ağır xəsarət alıb

Azərbaycanca, 12 октября 2017 23:27 (UTC +04:00) 724
Yevlaxda iki nəfər ağır xəsarət alıb

Day.Az представляет новость на азербайджанском языке

Yevlaxda iki yerli sakin bədbəxt hadisələr nəticəsində xəsarət alıb.

Day.Az "Report"a istinadən bildirir ki, hadisələrdən biri rayonun Qaramanlı kəndində baş verib.
1969-cu il təvəllüdlü kənd sakini Elmira Əli qızı Quliyeva həyətyanı sahədə üzüm yığan zaman hündürlükdən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Digər bədbəxt hadisə isə rayonun Aşağı Qarxun kəndində baş verib. Həmin kəndin sakini, 1964-cu il təvəllüdlü Səfər Qara oğlu Quliyev evində iş görən zaman laqonda ilə ayağını kəsərək xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib və hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости