"Avronest" PA Bürosu: Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Avronest" Parlament Assambleyası Bürosunun müraciətində deyilir.

Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndə heyəti rəhbərlərindən ibarət "Avronest" Parlament Assambleyası Bürosu noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı" sammitində iştirak edəcək dövlət və hökumət başçılarına müraciət yayımlayıb.

Müraciətdə deyilir: "Biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması ümün Ermənistan və Azərbaycan qoşunları arasında hərbi əməliyyatların qısa zamanda dayandırılmasını tələb edirik. Bu münaqişənin hərbi həll yolu mövcud deyil. Münaqişə substantiv danışıqların bərpası, etimadın möhkəmlənməsi üçün tədbirlərin görülməsi və dialoqun keçirilməsi yolu ilə həll olunmalıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.