Azərbaycan şahmatçıları Ukrayna komandası ilə heç-heçə oynadı
Day.Az представляет новость на азербайджанском языке
Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının sonuncu-9-cu turu keçirilib.
Day.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Ukrayna komandası ilə qarşılaşıb.
Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib.
Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
9 turdan sonra Azərbaycan komandası çempionata liderlik edir (15 xal), 2-ci və 3-cü yerləri isə Rusiya ilə Ukrayna bölüşürlər. Çempionatın qalibi hal-hazırda keçirillən Rusiya-Almaniya qarşılaşmasından sonra bəlli olacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре