Bakıda marşrut avtobusu ağır qəza törətdi: ölən var
Day.Az представляет новость на азербайджанском языке
Bakıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.
Nərimanov rayonu Ağa Nemətulla küçəsində (metronun "Nərimanov stansiyasının yaxınlığı") Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi "Daewoo" markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub. Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb
Qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре