https://news.day.az/azerinews_politics/1310941.html Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib

Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib

Siyasət, 27 января 2021 17:56 (UTC +04:00) 894
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Portuqaliya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости