Energetika Nazirliyinin işçilərinin say həddində dəyişiklik edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası Energetika Nazirliyinin işçilərinin say həddi cəmi 180 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 140 ştat vahidi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40 ştat vahidi müəyyən edilir.