https://news.day.az/azerinews_politics/1476181.html Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrıldı - SƏRƏNCAM

Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrıldı - SƏRƏNCAM

Siyasət, 4 июля 2022 13:52 (UTC +04:00) 1 163
Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrıldı

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı-Şamaxı-Yevlax (18 km)-Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Bakı-Şamaxı-Yevlax (18 km)-Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости