https://news.day.az/inspiration/1602401.html Sərsəng su anbarı ilə bağlı MÜHÜM XƏBƏR - Bu gün...

Sərsəng su anbarı ilə bağlı MÜHÜM XƏBƏR - Bu gün...

Вдохновение, 29 сентября 2023 15:23 (UTC +04:00) 2 914
Sərsəng su anbarı ilə bağlı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Day.Az-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib.

"Artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.

1976-cı ildə Tərtərçay çayının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.

Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.

Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq", - qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости