Doğuşla Xoşqədəmin sevgi dolu - DİALOQU

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün doğum gününü qeyd edən türkiyəli sənətçi Doğuşu xanımı, teleaparıcı Xoşqədəm Baxşəliyeva İnstagram səhifəsində təbrik edib.

Gecce.az-ın məlumatına görə, Xoşqədəm  təbrikini Doğuş ata olmaq istəyi ilə cavablandırıb:
 

"Dəyərli dost, həyat yoldaşı, əsl insan Doğuş! Nə yaxşıki bu gün doğuldun. 17 yaşına kimi "kaşki doğulmasaydım" demisən. Amma Allahım o çətinliklərdən sonra sənə xəyal belə etmədiyin bir həyatı bəxş edib. Sən heç zaman keçmişini unutmadın, hər zaman yardıma ehtiyacı olanların yanında oldun!!! Bu gün mənim yanımdasan. Sən mənim dərdimi söylədiyim dostumsan, yaxınımsan, həyat yoldaşımsan. Nə yaxşı ki, anan səni dünyaya gətirmiş, nə yaxşı ki, bu gün mənimləsən. Doğun günün mübarək olsun. Allah hər zaman yardımçın olsun. Pis insanlardan qorusun səni"

Teleaparıcının təbrik mesajına cavab gecikməyib. İlk cümləsinə təbəssümlə fikir bildirən Doğuş daha sonra arzusunu bildirib və sevgi etirafı edib:
 

"Həyatım, hanı tortum? Təşəkkür edirəm, bu xoş günümə xoşbəxtlik qatdın. Bir də evliliyimizi uşaqla taclandırma zamanı gəldi. Ata olmağı çox istəyirəm. Xoşqədəm Baxşəliyeva, mən səni sevirəm"