Çində torpaq 25 ton balıqla birgə gölü “uddu”

Day.Az представляет новость на азербайджанском языке

Çində torpaq 25 ton balıqla birgə gölü "udub".

ExoBaku.com-un xarici KİV-lərə istinadən məlumatına görə, çinli fermer 25 ton balıq itirdiyini bildirib. Məsələ burasındadır ki, gölün altında yaranan nəhəng çuxur sözün əsl mənasında bütün suyu, o cümlədən balıqları udub. Çüxurun hansı səbəblərdən yarandığı hələ ki, məlum deyil. Fermer isə iddia edir ki, buna səbəb qonşuluqda yerləşən daş karxanasıdır. Hələlik onun iddiaları sübuta yetirilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.