https://news.day.az/azerinews/833207.html "Türkməneli TV"nin departament rəhbəri öldürülüb

"Türkməneli TV"nin departament rəhbəri öldürülüb

Azərbaycanca, 21 октября 2016 20:56 (UTC +04:00) 607
"Türkməneli TV"nin departament rəhbəri öldürülüb

Day.Az представляет новость на азербайджанском языке

İraqın Kərkük şəhərində "Türkməneli TV"nin çəkiliş qrupuna hücum olub.

Türkiyənin NTV telekanalı xəbər verir ki, Kərkük valiliyi yaxınlığında İŞİD yaraqlıları və İraqın təhlükəsizlik qüvvələri arasında baş verən atışmanı lentə almağa çalışan televiziya əməkdaşları snayper atəşinə tuş gəlib.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, nəticədə, "Türkməneli TV"nin xəbərlər departamentinin rəhbəri, türkmən jurnalist Əhməd Nəcməddin Haceroğlu öldürülüb, televiziyanın rəhbəri Süheyl Kasım isə yaralanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости