Buna görə yol polisi sürücünü postda saxlaya bilməz

Day.Az представляет новость на азербайджанском языке

Ekspert Ərşad Hüseynov sürücülər üçün faydalı məlumatlar verib

Sürücülər tez-tez yaşayış məntəqələrində sağ zolaq boş olduğunu halda sol zolaqla hərəkət etdiyi üçün yol polisi tərəfindən saxlanılıb cərimə olunur. Lakin bir çoxları bilmir ki, bu, yalnız magistral yolda baş verdikdə qayda pozuntusu hesab edilir. Yəni yaşayış məntəqələri və şəhərdaxili yollarda sol zolaqla hərəkətə qadağa yoxdur.

Həmçinin bəzən sürücüləri postda saxlayıb radara, kameraya düşdüyünü deyib cərimə yazırlar və başqa neqativ hallar baş verir. Qanunda isə göstərilir ki, xüsusi avadanlıq vasitəsilə qayda pozuntusu aşkar edildikdə elektron protokol tərtib olunmalı və kağız forması ünvana göndərilməlidir. Ekspert Ərşad Hüseynov sürücüləri maraqlandıran qaydalar barədə danışıb. Avtosfer.az həmin videonu təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.