https://news.day.az/autonews/1564447.html "Tesla" bir milyondan çox avtomobili geri çağırır ABŞ-ın avtomobil şirkəti "Tesla" Çindən bir milyondan çox avtomobilini geri çağırıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, onun Çindəki demək olar ki, bütün modellərini geri çağırmasına Çin Dövlət Bazarı Tənzimləmə Administrasiyasının şikayəti səbəb olub.

"Tesla" bir milyondan çox avtomobili geri çağırır

Автоновости, 16 мая 2023 05:50 (UTC +04:00) 1 651
"Tesla" bir milyondan çox avtomobili

ABŞ-ın avtomobil şirkəti "Tesla" Çindən bir milyondan çox avtomobilini geri çağırıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, onun Çindəki demək olar ki, bütün modellərini geri çağırmasına Çin Dövlət Bazarı Tənzimləmə Administrasiyasının şikayəti səbəb olub.

Administrasiyaya görə, 2019-cu ilin yanvarından 2023-cü ilin aprelinə qədər ölkədə satılan təxminən 1,1 milyon elektrik avtomobilinin əyləc sistemində problem var.

Rəhbərlik bildirib ki, istifadəçilər ayaqlarını pedaldan götürdükdən sonra mövcud əyləc sistemi düzgün işləmir, avtomobil isə qəfil sürət zamanı istifadəçilərə xəbərdarlıq etmir.

"Tesla" baş verənlərdən sonra geri çağırdığı 1,1 milyon avtomobilə yeni proqram təminatı quraşdırmaq qərarına gəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости