https://news.day.az/azerinews/1112290.html Ərdoğan eks-prezidentin bank hesablarını dondurdu - Siyahıda daha 4 nəfər var Day.Az представляет новость на азербайджанском языке Prezident Rəcəb Tayyib Ərdoğan 5 Yəmən vətəndaşının Türkiyədəki bank hesablarının dondurulması haqqında fərman imzalayıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fərman "Rəsmi qəzet" nəşrində dərc olunub.

Ərdoğan eks-prezidentin bank hesablarını dondurdu - Siyahıda daha 4 nəfər var

Azərbaycanca, 18 апреля 2019 12:43 (UTC +04:00) 874
Ərdoğan eks-prezidentin bank hesablarını dondurdu

Day.Az представляет новость на азербайджанском языке

Prezident Rəcəb Tayyib Ərdoğan 5 Yəmən vətəndaşının Türkiyədəki bank hesablarının dondurulması haqqında fərman imzalayıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fərman "Rəsmi qəzet" nəşrində dərc olunub.

Siyahıda Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh olmaqla, "Husi" qruplaşmasının hərbi komandiri Əbül Xaliq əl-Husi, "Husi" inqilabçılarının ikinci komandiri Abdullah Yəhya əl-Hakim, Yəməndə qiyamçı zeyditlərin rəhbəri Əbdülmalik əl-Husi, keçmiş səfir və briqada generalı Əhməd Əli Abdullah Saleh yer alıb.

Qərar 26.02.2020-ci ilə qədər qüvvədə olacaq.

Xatırladaq ki, 34 il Yəməni idarə edən 75 yaşlı Əli Abdullah Saleh 2017-ci ilin dekabrında paytaxt Sənada döyüşlər zamanı öldürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости