ABŞ-da dollar yağışı

ABŞ-ın Corciya ştatında pul daşıyan zirehli maşın hərəkətdə olan qapısı açılıb və banknotlar yola səpələnib.

Day.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, hadisə Atlanta şəhərinin şimalındakı 285 nömrəli şosse yolunda meydana gəlib. Qapısı açılan zirehli maşından dollarlar yola səpələnib. Şosse yolu ilə hərəkət edən sürücülər maşınlarını yol kənarına çəkərək pulu yerdən yığıblar.

Hadisə yerinə cəlb edilən polis və zirehli maşının sürücüsü məsələdən xəbərdar olana qədər 175 min dolların çoxunu sürücülər toplayaraq hadisə yerini tərk ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.