https://news.day.az/azerinews/1147152.html Dünyanın ən iri pinqvininin qalıqları tapıldı

Dünyanın ən iri pinqvininin qalıqları tapıldı

Azərbaycanca, 14 августа 2019 16:33 268

Yeni Zelandiyada dünyanın ən iri pinqvininin qalıqları aşkar edilib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, qalıqlar bir qrup arxeoloq tərəfindən Vaypara şəhəri yaxınlığında aparılan qazıntılar zamanı tapılıb.

Qeyd olunur ki, həmin pinqvinin boyu 1,6 metr, çəkisi isə 80 kiloqram olub. Arxeoloqlar aparılan tədqiqata əsasən, bu quşun Paleosen dövründə - 66 milyon il öncə yaşadığını qeyd edirlər.

Bu gün yaşayan ən iri pinqvindən 40 santimetr böyük olan nəhəng pinqvinə "Crossvallia waiparensis" adı verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости