https://news.day.az/azerinews/1155228.html 65 il evli olan Ahmet və Həbibə eyni gündə vəfat ediblər

65 il evli olan Ahmet və Həbibə eyni gündə vəfat ediblər

Azərbaycanca, 11 сентября 2019 17:21 384

Türkiyənin Amasya şəhərində 65 il evli olan cütlük eyni gündə vəfat edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Ahmet və Həbibə Kartal cütlüyü 65 il davam edən evlilikdən sonra eyni gündə dünyasını dəyişib. Belə ki, dünən səhər saatlarında qəflətən halı pisləşən 89 yaşlı Hacı Ahmet Kartal çatdırıldığı xəstəxanada vəfat edib. Həyat yoldaşının ölüm xəbərini alan 80 yaşlı Həbibə Kartalın da halı axşam saatlarına yaxın pisləşib. O da aparıldığı xəstəxanada dünyasını dəyişib.

Cütlüyün 65 il davam edən evlilikdən dördü oğlan, üçü qız olmaqla yeddi övladları var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости