Görkəmli sənətkar Akif İslamzadənin heç yerdə eşitmədiyiniz ifaları üzə çıxıb.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə tanınmış aparıcı, ASAN Radionun rəhbəri Emin Musəvi məlumat verib. O bildirib ki, Akif İslamzadənin mahnılarının həm yeni versiyası, həm də heç vaxt eşitmədiyiniz ifaları ASAN Radioda səslənməyə başlayacaq:

"Səs yaşayır və yaşayacaq. Görkəmli sənətkarımız Akif İslamzadənin zamanında ifa etdiyi mahnıları çox yaxında yeni aranjimanda ASAN radioda dinləyəcəksiniz. Eksklüziv yayım hüququ 100 FM-ə məxsusdur".

Məlum olub ki, Akif İslamzadə heç yerdə yayımlanmayan köhnə səs yazılarını ASAN Radioya özü təqdim edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!