"Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz profilində qeyd edib ki, müxalifət oktabrda artıq ikinci dəfədir ki, iflasa uğradı. Müxalifətin çirkin əməllərinə nəzər salan Ə.Həsənov onların pis niyyətlərini , dəfələrlə uğursuz iğtişaş cəhdlərini şərh edərək, iç üzlərini tam çılpaqlığı ilə ortaya qoydu. Bəli, Ə.Həsənovun sosial şəbəkədə yazdıqları, sözün əsl mənasında, destruktiv müxalifətin obrazını yaradır".

Milli.Az bildirir ki, bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev müxalifətin iğtişaş cəhdinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hələ də 90-cı illərin eyforiyasından ayrıla bilməyən dağıdıcı müxalifət indiki dövrdə də eyni çağırışlar, şüarlar səsləndirirlər. Heç nəyin dəyişməməsi, əslində, onların bu illər ərzində öz yerlərində addımladıqlarının aşkar göstəricisidir: "Baxın, onlar yenidən təxribat, kütləvi iğtişaşlar yaratmağa cəhd etdilər, insanların rahatlığın pozdular. Eyni şüarlar səsləndirdilər. Amma müqabilində polis heç bir vasitədən istifadə etmədən təxribatın qarşısını aldı, sabitliyi bərpa etdi. Bu bir tərəfdən Azərbaycan polisinin humanistliyi, bacarığıdırsa, diğər tərəfdən də bu, rafikal müxalifətin xalqına və dövlətinə qarşı nifrətinin düşmənçiliyinin göstəricisidir. Hamıya məlumdur ki, Bakı bu gün Qafqazın paytaxtı kimi, turistlərin ən bol olduğu bir məkana çevrilib. Əgər bu gün şəhər sakinləri və turistlər bu stresi yaşadılarsa və onların istirahət hüquqları pozuldusa deməli günahkarlar cavab verməlidir. Eyni zamanda, məlum oldu ki, bu ixtişaşlar planlı şəkildə həyata keçrilir".

Ekspert onu da qeyd etdi ki, müxalifət xaricdən gələn qrantları silmək üçün bu hadisələri törəfir. "Onlar Azərbaycanı gözdən salmaq üçün şeytanla da əməkdaşlıq etməyə hazırdır".

Bəhruz Quliyev digər faktları da xatırladıb: "Bu gün çoxlarının yadındadır ki, yenidən hakimiyyət iddiasında olan bu müxalifət rəhbərləri televiziyalarda gedən canlı yayımlara hücum edərək, efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar, addımbaşı insan hüquq və azadllqlarını boğublar. Budurmu onların demokratiya uğrunda mübarizə üsulları? Yoxsa ki, onlar yenidənmi həmin hadisələri xalqa yaşatmağı arzulayırlar? Əlbəttə ki, xalq belə müxalifəti heç vaxt dəstəkləməyib və dəstəkləməyəcək də. Çünki xalq Azərbaycanı "narıncı inqilabların" qurbanı olan ölkələrdən birinə çevrilməsini istəmir. Xalq sabitliyin, inkişaf və tərəqqinin - mövcud iqtidarın, bu iqtidarın yürütdüyü qətiyyətli, məqsədyönlü siyasətin yanındadır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.