Aynişanın toyunun dəqiq tarixi açıqlandı - Mediaya QADAĞA QOYULDU

Toya hazırlıq necə gedir? Aynişanın gəlinlik geyimi ilə bağlı kaprizləri var?

Day.Az Mili.Az -a istinadən xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) "Hər şey daxil"in efirinə telefon zəngi ilə qoşulan əməkdar artist Aybəniz Haşımovaya müraciət edib.

Xanım sənətkar qızı Aynişanın toy hazırlıqları ilə bağlı danışıb:

"Toya hazırlıq yaxşı gedir. Aynişan heç vaxt mənə kapriz etməyibdir. Axırı vaxtlar görür ki, çox həyəcan keçirirəm, mənim həyəcanımı almaq üçün zarafatlar edir ki, mən bir az rahat keçirim bu anları. Çox həyəcanlı bir prosesdir". 

Aybəniz Haşımova toyun media üçün qapalı keçiriləcəyini bildirib:

"Düzü, bir neçə dostlarımız bununla bağlı bizə istəyini bildirdilər. Amma mən xahiş etdim ki, içəridə çəkiliş etməyin. Mediaya qapalı olacaq. Çünki mən indinin özündə artıq həyəcanlıyam. Allah eləməsin ki, bir balaca diqqətsizlik edərəm insanlara qarşı, bu da məni utandırar sonra. Gələn insanlar bilirəm ki, istəyəcək ki, mən onlara o diqqəti göstərim. Birdən balaca da olsa diqqətsizlik olar. Mən, düzü, arxayınam Manaf qardaşım bilirəm ki, orada mənim yanımda olacaq".

Verilişdə qonaq olan Manaf Ağayev Aybəniz Haşımovanın istəyinə ""Ordayam, ağsaqqal özüməm orada. Toyu da özüm aparacam. Ayrı oxuyan var?" sözləri ilə iki əlli razılıq verib.

Xanım sənətkar verilişdə Aynişanın oğlan toyunun fevral ayının 8-də olacağını açıqlayıb.

Qeyd edək ki, Aynişan nişanlısı Kənan ilə 3 il əvvəl tanış olub. Ötən ildən münasibətə başlayıblar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.