“Mercedes” “VAZ 2107” ilə toqquşdu: yaralılar var

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala-Muxax avtomobil yolunda olub. "Mercedes" və "VAZ 2107" markalı maşınlar toqquşub. Qəza nəticəsində 4 nəfər 1961-ci il təvəllüdlü rayonun Muxax kənd sakini Əhmədov Abdulməcid Abakar oğlu ,1956-cı il təvəllüdlü Muxax kənd sakini Şabanov Məhəmməd Şaban oğlu, 2015-ci il təvəllüdlü Zaqatala şəhər sakini Süleymanov Süleyman Emil oğlu və 1986-cı il təvəllüdlü şəhər sakini Qurbanov Sərxan Seyfillah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре