Piyadalar üçün təhlükəli olan yolda keçid inşa olunur

Tez-tez piyada vurulması hallarının baş verdiyi Mərdəkan şosesi ilə Qala-Pirallahı yolunun kəsişməsində yerüstü piyada keçidinin inşasına başlanılıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq piyada keçidinin yeri müəyyənləşdirilib və ilkin işlər də görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2019-cu ildə yaydığı məlumata görə, müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 91,5 metr, qalereyanın uzunluğu 62,9 metr, daxili eni 4,5 metr, keçidaltı qabariti isə 5,35 metr olacaq.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun xüsusi maillikli piyada pandusları quraşdırılacaq. Pandusların hər birinin uzunluğu 42 metr təşkil edəcək.