https://news.day.az/azerinews/1427045.html Goranboy sakinləri silahlarını təhvil veriblər

Goranboy sakinləri silahlarını təhvil veriblər

Azərbaycanca, 15 января 2022 10:18 (UTC +04:00) 550
Goranboy sakinləri silahlarını təhvil veriblər

Goranboy sakinləri silahlarını könüllü təhvil veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Day.Az-a verilən məlumata görə, Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayonun Xoylu, Alpout, Safıkürd və Veyisli kəndlərinin sakinləri müxtəlif markalı və kalibirli, müvafiq sənədləri olmayan ov tüfəngləri könüllü olaraq polis şöbəsinə təhvil veriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости