İftar süfrəsinə tez hazırlaya biləcəyiniz reseptlər

Bu gün Ramazan ayının 14-cü günüdür.
Day.Az iftar süfrəsi üçün dadlı reseptlər təqdim edir:
Əriştəli pendir şorbası
Ərzaqlar:
Süd - 2,5 x/q.
Yumurta - 3 ədəd
Duru pendir - 3 stəkan
Yağ - 1 x/q.
Toyuq filesi - 10 qr.
Soğan - 1 ədəd
Duz zövqə görə
Ət bulyonu
Hazırlanması:
Bir qaba südü və yumurtanı əlavə edib, yaxşıca qarışdır. Üzərinə pendir və duz əlavə edib, qarışdırmağa davam et. Yağda onu blinçik kimi qızartdıqdan sonra, sobada 10 dəqiqə bişir. Soyuduqdan sonra əriştə formasında doğra. Kənarda xırda doğranmış soğanı yağda qızardıb, üzərinə bişmiş toyuq filesini əlavə et. Bir az qovurduqdan sonra əriştəni və bulyonu töküb bişir.
Çölmə kabab
Ərzaqlar:
Toyuq - 1 ədəd
Qırmızı soğan - 4 ədəd
Qoz - 200 qr
Palçıq turşu - 1 x.q
Duz, istiot zövqə görə.
Hazırlanması:
Toyuğu təmizləyib, duz, istiot, turşu çəkib axşamdan basdırma edin. Kənarda qozu, soğanı ət çəkən maşından keçirin Soğanın suyunu sıxıb duz, istiot, turşu qarışdırıb toyuğun içərisinə doldurun. Sonra saxsı qaba qoyub üzərinə yarım stəkan su və hazırladığınız ləvəngidən töküb, 4-5 saat vam odda bişirin.
Kartoflu salat
Ərzaqlar:
2 ədəd pomidor
2 ədəd xiyar
1 ədəd qırmızı soğan
Kahı, şüyüd, reyhan
Kartof 4 ədəd
Sous üçün:
Zeytun yağı, limon şirəsi və nar şərab
Hazırlanması:
Tavaya kərə yağı əlavə edib, soyulmuş və doğranmış kartofu qızardın. Kənarda pomidoru, soğanı, xiyarı, reyhan, şüyüd və kahını doğrayın. Kənarda limon şirəsi, nar şərab və zeytun yağını qarışdırıb sous hazırlayıb, tərəvəzlərin üstünə tökün. Sonda qızarmış kartofu töküb duz və istiot vurub qarışdırın.
Ramazan ayının təqvimi ilə ətraflı buradan tanış ola bilərsiniz: https://ramazan.day.az//
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре