https://news.day.az/azerinews/1463097.html Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanaraq imkansızı bacardı – Abdullah Ağar

Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanaraq imkansızı bacardı – Abdullah Ağar

Azərbaycanca, 19 мая 2022 09:53 (UTC +04:00) 421
Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanaraq imkansızı bacardı

İkinci Qarabağ müharibəsi hər kəsin öhdəsindən gələ biləcəyi bir iş deyildi. Azərbaycan imkansızı bacardı.

Bunu Trend-in suallarını cavablayarkən Türkiyənin tanınmış hərbi-siyasi eksperti Abdullah Ağar deyib.

Onun sözlərinə görə, Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək, Azərbaycan xalqının, ordusunun mübarizə əzmi ilə müharibədə qalibiyyət əldə olundu.

"Qələbə ilə yaranan yeni reallıq daha da inkişaf etdirilməlidir. Bunun üçün də bütün ünsürlərin - siyasi, hərbi, demoqrafik, texnoloji, mənəvi - hər biri birlikdə koordinasiyalı şəkildə istifadə edilməlidir və edilir. Digər bir tərəfdən isə Azərbaycan-Türkiyə münasibətləri güclənməlidir. Çünki Azərbaycan - Türkiyə əməkdaşlığı bir çox oyunu pozur. Ermənistan baş naziri Nikol Paşinyanın KTMT iclasında etdiyi çıxış zamanı bildirdiyi fikirlər bunun sübutudur. Türkiyə və Azərbaycan arasında inkişaf edən birliyi, əməkdaşlığı pozmağa çalışanlar çoxdur, lakin bu cür tələlərə düşməmək və mövcud münasibətləri istər iqtisadi, istər hərbi - bir sözlə, bütün sahələrdə inkişaf etdirmək vacibdir", - deyə A.Ağar əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости