https://news.day.az/azerinews/1487717.html Novxanıda yol qəzası baş verib

Novxanıda yol qəzası baş verib

Azərbaycanca, 16 августа 2022 22:40 (UTC +04:00) 419
Novxanıda yol qəzası baş verib

Abşeron rayonunun Novxanı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində "Niva" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobusun toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə 1 nəfəri deformasiyaya uğrayan "Niva" markalı nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости