"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək

"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Day.Az xəbər verir ki, "atlılar" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Matçın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq.

Ağdam klubu oyuna ciddi itkilərlə çıxacaq. Mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Rəqibin heyətində isə hər hansı itki yoxdur.

Cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.