Ermənistan xəritəsindəki müəmmalı düz xətt: Zəngəzur dəhlizi haradan keçəcək?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi baş katibi Stanislav Zas və Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryanın iştirakı ilə sərhədlə bağlı aparılan müzakirələr zamanı çəkilən şəkil ermənilərdə təşviş yaradıb.  Fotoda Ermənistanın Zəngəzur bölgəsinin xəritəsinin üzərində düz xəttin çəkildiyi öz əksini tapıb.

Day.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ermənilər həmin düz xəttin Zəngəzur dəhlizinin keçəcəyi ərazi olduğunu iddia edir. 

Yayılan foto KTMT-nın saytında yerləşdirilib, bir müddət sonra isə silinib.

Erməni jurnalistlər müəmmalı foto ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aram Torosyanla əlaqə saxlayıb. Torosyan bildirib ki, düz xətt çəkilən şəkilin niyə KTMT-nın saytına yerləşdirildiyi, daha sonra isə silindiyi barədə sualı Təşkilata ünvanlamaq lazımdır.

Elvin Səxavətoğlu