MÜSİAD Azərbaycan olaraq Azərbaycanın ərazi bütövlüyünə güclü dəstəyimizi ifadə edirik

Ermənistan silahlı qüvvələri sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı və davamlı təxribat törətməsi ilə dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini bir daha nümayiş etdirdi.

Bu fikirləri Trend-ə açıqlamasında MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli bildirib.

O qeyd edib ki, qüdrətli Azərbaycan ordusu sentyabrın 13-də erməni təxribatına layiqli cavab verdi, düşməni yerinə otuzdurdu.

"Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, mən nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilirəm. Məhz ölkə başçısının qətiyyətli mövqeyi və siyasi qələbəsi bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini təhdid edən istənilən addıma anında cavab verməyə hazırdır.

Təcavüzkar Ermənistanın növbəti hərbi-hücum təxribatı bölgədə uzunmüddətli sülh və sabitliyin yaradılması istiqamətində yaranmış fürsətlərin əldən verilməsinə və yaxud prosesin gecikməsinə öz mənfi təsirini göstərən arzuolunmaz vəziyyətdir.

MÜSİAD Azərbaycan olaraq Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyimizi ifadə edirik. Xalqmıza və şəhid ailələrinə başsağlığı verir, Allahdan şəhidlərə rəhmət, qazilərə şəfa diləyirik", - deyə R.Cabirli bildirib.