Hər gün Şəhidlər xiyabanında məzarları təmizləyən şəxs kimdir? - VİDEO

Vətən uğurunda ən uca zirvəyə yüksələn şəhidlərimizin məzarlarını təmizləyir, gülləri yeniləyir. İsmayıl bu missiya üçün hər gün yorulmadan Sumqayıtdan Bakıya, Şəhidlər xiyabanına üz tutur. İnternat evində oxuyan İsmayıl müqəddəs amal uğurunda şəhid olanları bu dünyada sanki qorumağa çalışır...
Day.Az xəbər verir ki, Sumqayıtda yaşayan İsmayıl Həsənəliyev vaxt aşırı burdakı şəhidlər xiyabanında da təmizlik işləri aparır.
İsmayıl deyir ki, Şəhidlər xiyabanında təmizliklə kifayətlənmir. Tez-tez şəhid ailələrini də ziyarət edir. O, yaşadığı binanın yaxınlığında üzərində şəhidlərin şəkilləri olan löhvə də quraşdırıb.
İsmayıl torpaq uğurunda canından keçən şəhidləri qəlbində daima yaşadacağına söz verir.
Xəzər Xəbər-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре