https://news.day.az/azerinews/1499278.html "Məhsulu piştaxtadan götürüb kassaya gəlincə qiyməti qalxır" - Deputat supermarketlərdəki fırıldaqçılıqdan DANIŞDI

"Məhsulu piştaxtadan götürüb kassaya gəlincə qiyməti qalxır" - Deputat supermarketlərdəki fırıldaqçılıqdan DANIŞDI

Azərbaycanca, 29 сентября 2022 14:05 (UTC +04:00) 1 889
"Məhsulu piştaxtadan götürüb kassaya gəlincə qiyməti qalxır"

Azərbaycanda supermarketlərdə yeni növ fırıldaqçılıq metodu ortaya çıxıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, məhsulu piştaxtadan götürüb kassaya gəlincə qiyməti qalxır. "Piştaxtada məhsulun üzərinə başqa qiymət yazılır, ancaq kassaya gələndə başqa, daha yüksək qiymət olur. Müdriyyəti çağırırsan, gəlib deyir qiyməti dəyişmək yadımızdan çıxıb", - deyə o qeyd edib.

Deputat iclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərova müraciət edərək bu istiqamətdə tədbirlər görülməsini xahiş edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости