https://news.day.az/azerinews/1499827.html Suraxanıda hərbi sursat aşkarlanıb - FOTO - VİDEO Suraxanı rayonu ərazisində hərbi sursat aşkar edilib. Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Suraxanıda hərbi sursat aşkarlanıb - FOTO - VİDEO

Azərbaycanca, 1 октября 2022 14:06 (UTC +04:00) 760
Suraxanıda hərbi sursat aşkarlanıb

Suraxanı rayonu ərazisində hərbi sursat aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Suraxanıda hərbi sursat aşkarlanıb
  • Suraxanıda hərbi sursat aşkarlanıb
  • Suraxanıda hərbi sursat aşkarlanıb
  • Suraxanıda hərbi sursat aşkarlanıb
  • Suraxanıda hərbi sursat aşkarlanıb
  • Suraxanıda hərbi sursat aşkarlanıb
  • Suraxanıda hərbi sursat aşkarlanıb
  • Suraxanıda hərbi sursat aşkarlanıb
  • Suraxanıda hərbi sursat aşkarlanıb
  • Suraxanıda hərbi sursat aşkarlanıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости