İkardi ilə bağlı yeni iddia

"Qalatasaray"ın mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü Mauro İkardi karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Day.Az xəbər verir ki, "Roma" mövsümün sonu İstanbul təmsilçisi ilə sözləşməsi bitəcək argentinalı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə "Calciomercato" məlumat yayıb.

Xəbərə görə, mövsümün əvvəlində azad agent qismində Paulo Dibala və Andrea Belotti heyətə cəlb edilsə də, paytaxt təmsilçisi qol vurmaqda yüksək profili olan bir futbolçu transfer etmək istəyir. Bu mənada doğru seçimin İkardi olduğu düşünülür. Forvardın da İtaliyaya geri dönməkdə maraqlı olduğu bildirilir.

Xatırladaq ki, "Qalatasaray"da son oyunlar performasını yüksəldən İkardini komandada saxlamaq istəyir.

Qeyd edək ki, 29 yaşlı oyunçunun PSJ ilə müqaviləsi 2024-cü ildə başa çatır. İkardinin hazırda transfer dəyəri 17.5 milyon avro ilə qiymətləndirilir