https://news.day.az/azerinews/1547830.html Bakıda qumbara tapılıb - FOTO - VİDEO Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Bakıda qumbara tapılıb - FOTO - VİDEO

Azərbaycanca, 18 марта 2023 10:04 (UTC +04:00) 1 226
Bakıda qumbara tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən Day.Az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və soyuq silah qismində 5 ədəd bıçaq olduğu müəyyən edilib.

Aşkar edilmiş sursat və soyuq silahlar ərazidən götürülərək kənarlaşdırılıb.

Bundan əlavə, "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında XRXX-nın minalardan təmizləmə üzrə çevik qrupu Siyəzən şəhərində aşkar edilmiş döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarasını müvafiq qaydada ərazidən götürərək kənarlaşdırıb.

  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
  • Bakıda qumbara tapılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости