Türkiyə bu ölkəyə PUA ixrac

Türkiyənin Aerokosmik Sənayesi şirkəti Malayziya Hərbi Hava qüvvələri üçün 100 milyon dollar dəyərində üç ədəd ANKA pilotsuz uçuş aparatı (PUA) ixrac edəcək.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə razılaşma Asiya-Sakit Okean Bölgəsinin ən böyük müdafiə sərgilərindən biri olan Langkawi Beynəlxalq Dəniz və Aviasiya Sərgisində Malayziya Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında əldə edilib.

"Peyk idarəetmə qabiliyyətinə malik ANKA-larda Malayziyanın ehtiyaclarına uyğun olan radarlar istifadə ediləcək. Çatdırılmaların iki il ərzində başa çatdırılması gözlənilir", - deyə TUSAŞ şirkətinin İdarə Heyətinin sədr müavini Ömər Cihad Vardan jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyənin ASELSAN, ASFAT, DEARSAN, DESAN, HAVELSAN, KALE KALIP, KOÇ DEFENCE, METEKSAN, MİLSOFT, MKE, ROKETSAN, SARSILMAZ, STM, TAİS, TEİ, TUSAŞ, TİMSAN, TİTRA müdafiə sənayesi şirkətləri 23-27 may tarixlərində Malayziyanın Langkawi şəhərində iki ildən bir təşkil edilən "LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisi"ndə iştirak edəcək.