Beynəlxalq ictimaiyyətə Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırış olub

Beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 25-26 may tarixlərində "Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol" mövzusunda keçirilən 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransının yekununda bəyannaməsində deyilir.

"Biz, Azərbaycan Respublikası Hökumətinə humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədlərini müzakirə etmək məqsədilə yaratdığı dəyərli fürsətə, səxavətli dəstəyə və əla qonaqpərvərliyinə görə minnətdarlığımızı bildiririk. Biz, həmçinin böyük mina probleminin həllində Azərbaycanla və mina təsirinə məruz qalmış digər ölkələrlə həmrəy olduğumuzu ifadə edir və beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq"- sənəddə qeyd edilir.