https://news.day.az/azerinews/1570381.html Prezident Ərdoğan MÜSİAD üçüncü dönəm rəhbəri Ömər Bolatı ticarət naziri təyin edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yeni hökumət üzvlərinin adlarını açıqlayıb. Trend TurkicWorld-a istinadən xəbər verir ki, yeni prezident Ərdoğan MÜSİAD üçüncü dönəm rəhbəri Ömər Bolatı ticarət naziri təyin edib. Ömər Bolat 30 avqust 1963-cü ildə İstanbulda anadan olub.

Prezident Ərdoğan MÜSİAD üçüncü dönəm rəhbəri Ömər Bolatı ticarət naziri təyin edib

Azərbaycanca, 3 июня 2023 23:57 (UTC +04:00) 2 268
Prezident Ərdoğan MÜSİAD üçüncü dönəm rəhbəri Ömər Bolatı ticarət naziri təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yeni hökumət üzvlərinin adlarını açıqlayıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, yeni prezident Ərdoğan MÜSİAD üçüncü dönəm rəhbəri Ömər Bolatı ticarət naziri təyin edib.

Ömər Bolat 30 avqust 1963-cü ildə İstanbulda anadan olub.

O, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) baş katibi vəzifəsində çalışmağa başlayıb.

MÜSİAD İdarə Heyətindəki on beş illik fəaliyyəti dövründə 2004-2008-ci ilin aprel ayları arasında yeddi il Baş Katib, dörd il sədr müavini, dörd il isə MÜSİAD sədri vəzifələrində çalışıb.

2000-ci ilin may ayından ALBAYRAK Holding A.Ş.-də Baş Koordinator vəzifəsində çalışır.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Bu il MÜSİAD 33 yaşını qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости