Qaxda sel yük avtomobilini batırdı - Sürücü son anda xilas edildi - VİDEO

Qaxda yük avtomobili sel nəticəsində çayda batıb, sürücü xilas edilib.
Day.Az bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat alıb.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Qax rayonunun Əmircan kəndi ərazisində vətəndaşın çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Həmçinin oxuyun: İsmayıllı-Lahıc yolu ilə bağlı XƏBƏRDARLIQ
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Qazel" markalı yük avtomobili Əmircan çayını keçərkən qəflətən sel gəlməsi nəticəsində çayda batıb və avtomobilin sürücüsü təhlükəli vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalmış 1986-cı il təvəllüdlü Yahyayev Famil İslam oğlunu çaydan çıxararaq xilas ediblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре