https://news.day.az/azerinews/1571261.html Sel bu rayonda yolu yuyaraq sıradan çıxardı - RƏSMİ Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

Sel bu rayonda yolu yuyaraq sıradan çıxardı - RƏSMİ

Azərbaycanca, 7 июня 2023 12:37 (UTC +04:00) 2 014
Sel bu rayonda yolu yuyaraq sıradan çıxardı

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Day.Az-a verilən məlumata görə, yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "10 N-li Yol İstismarı" MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.

Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости