https://news.day.az/azerinews/1571427.html Qarasu çayından sel keçib - Faktiki hava Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib. Bu barədə Day.Az-а Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qarasu çayından sel keçib - Faktiki hava

Azərbaycanca, 7 июня 2023 18:21 (UTC +04:00) 1 776
Qarasu çayından sel keçib

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, Qarasu çayından sel keçib.

Bu barədə Day.Az-а Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 7-si saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Daşkəsən, Naftalan, Gəncə, Ceyrançöl, Qobustan, Xaçmaz, Kürdəmir, Ağdam, Balakən, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Qrız, Şahdağ, Mingəçevir, Tərtər, Yevlax, Göyçay, Zərdabda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Daşkəsən Göygöl, Balakən, Qrızda duman müşahidə olunub.

Saat 17:00 radələrində Zərdab rayonu ərazisindən axan Qarasu çayından sel keçib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости