https://news.day.az/azerinews/1599023.html Sabirabadda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 5 nəfər yaralanıb Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.

Sabirabadda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 5 nəfər yaralanıb

Azərbaycanca, 18 сентября 2023 22:00 (UTC +04:00) 952
Sabirabadda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 5 nəfər yaralanıb

Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Day.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости