Azərbaycanda bu şəxslər evdə oturaraq pul qazanacaqlar

Azərbaycanda günəş panellərindən istifadə etməklə əlavə gəlir əldə etmək mümkün olacaq.

Nazirlər Kabineti bununla bağlı yeni qərar qəbul edib.

Evlərin damına və ya həyətyanı sahələrə günəş panellərini quraşdırmaqla enerjidən istifadə etməklə yanaşı, qalan hissəni dövlətə də satmaq mümkün olacaq.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrlə iş və hüquq şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib ki, aktiv istehlakçılar mərkəzi şəbəkəyə qoşulacaq. Bundan başqa, onlar elektrik enerjisinin idxal və ixracını ölçə bilən ikitərəfli sayğaclardan istifadə edəcək. Bununla da şəbəkəyə ötürdüyü və aldığı elektrik enerjisini hesablaya biləcək.

Day.Az xəbər verir ki, millət vəkili Naqif Həmzəyev isə "Xəzər Xəbər"ə bildirib ki, qanuna əsasən istehlakçılar 150 kilovota qədər enerji istehsal edə biləcəklər.

Qeyd edək ki, əhali qrupuna daxil olan aktiv istehlakçıların şəbəkəyə ötürdüyü elektrik enerjisi gəlir vergisindən də azad edilib.