https://news.day.az/azerinews/1617721.html BŞDYP bu şəxslərə XƏBƏRDARLIQ etdi - VİDEO

BŞDYP bu şəxslərə XƏBƏRDARLIQ etdi - VİDEO

Azərbaycanca, 28 ноября 2023 09:30 (UTC +04:00) 1 950
BŞDYP bu şəxslərə XƏBƏRDARLIQ etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP) dövlət qeydiyyat nişanı olmadan moped sürənlərə xəbərdarlıq edib.

Belə ki, paytaxt və bölgələrdə son zamanlar motosiklet və moped sürücülərinin sayı çoxalıb.

Day.Az xəbər verir ki, bəzi mopedlərin isə dövlət qeydiyyat nişanı yoxdur.

Daha çox kuriyer xidməti üçün istifadə olunan bu nəqliyyat vasitələri indi yollarda əsas təhlükə mənbəyinə çevrilib.

Yol hərəkəti qaydalarını pozan sürücülərin idarə etdiyi belə mopedləri səkilərdə, yolun əks hərəkət hissəsində, tıxaclarda da görmək mümkündür.

Sakinlər mopedlərin sürətindən də şikayətçidirlər.

Ətraflı "ATV Xəbər"in süjetində:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости