https://news.day.az/azerinews/1636575.html Artur Jorjedən “Qarabağ”- “Braqa” oyunu ilə bağlı AÇIQLAMA Başımızı qaldırmalı, irəli baxmalıyıq. Day.Az xəbər verir ki, bunu "Braqa"nın baş məşqçisi Artur Jorje deyib. 52 yaşlı mütəxəssis Portuqaliya çempionatında "Sportinq"ə 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb. O, məsuliyyəti üzərinə götürüb: "Məsuliyyət və səhvləri üzərimə götürürəm. Təəssüflənmək vaxtı deyil.

Artur Jorjedən “Qarabağ”- “Braqa” oyunu ilə bağlı AÇIQLAMA

Azərbaycanca, 12 февраля 2024 12:41 (UTC +04:00) 518
Artur Jorjedən  “Qarabağ”- “Braqa” oyunu ilə bağlı

Başımızı qaldırmalı, irəli baxmalıyıq.

Day.Az xəbər verir ki, bunu "Braqa"nın baş məşqçisi Artur Jorje deyib.

52 yaşlı mütəxəssis Portuqaliya çempionatında "Sportinq"ə 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb. O, məsuliyyəti üzərinə götürüb: "Məsuliyyət və səhvləri üzərimə götürürəm. Təəssüflənmək vaxtı deyil. Çünki Avropa Liqasında "Qarabağ"la vacib matçımız var. "Qarabağ"la matçımız çətin olacaq. Amma "Sportinq"lə görüşü unutmalı və növbəti qarşılaşmaya köklənməliyik".

Qeyd edək ki, fevralın 15-də keçiriləcək "Braqa" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab görüşü ayın 22-də Bakıda baş tutacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости