https://news.day.az/azerinews/1639059.html Türkiyənin Çinə hazır geyim ixracı 5 milyon dolları ötdü 2024-cü ilin yanvar ayında Türkiyənin Çinə hazır geyim məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3,7 faiz azalaraq, 5,3 min dollara bərabər olub. Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Türkiyənin Çinə hazır geyim ixracı 5 milyon dolları ötdü

Azərbaycanca, 21 февраля 2024 11:45 (UTC +04:00) 1 657
Türkiyənin Çinə hazır geyim ixracı 5 milyon dolları ötdü

2024-cü ilin yanvar ayında Türkiyənin Çinə hazır geyim məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3,7 faiz azalaraq, 5,3 min dollara bərabər olub.

Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости