ABŞ-nin hərbi bazaları digər ölkələr üçün təhdiddir?

Amerika Birləşmiş Ştatları dünyada ən çox hərbi bazası olan ölkədir.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, ABŞ-nin təxminən 80-dən çox ölkədə hərbi bazası var və ümumi sayı 900-dən artıqdır.

"Rəqəmlər bir çox hallarda reallığı əks etdirmir. Əksər hərbi bazalarla bağlı informasiyalar gizli saxlanılır. Bu qurşağın daha çox Rusiya ətrafında formalaşdığının şahidi oluruq. Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında vaxtilə əldə olunmuş razılığa əsasən, ABŞ-nin bazalarının Rusiya sərhədlərində yerləşdirilməməsi ilə bağlı öhdəliklərə baxmayaraq, bu prosesin intensiv şəkildə həyata keçirildiyinin şahidi oluruq. Bu, müxtəlif adlarla edilir", - deyə o qeyd edib.